Rusiya tərəfinin təşəbbüsü ilə Sergey Lavrov və Hakan Fidan arasında telefon danışığı baş tutub.
Telefon danışığında həmçinin Rusiya-Türkiyə əməkdaşlığının müəyyən aspektlərinə, eləcə də müxtəlif səviyyələrdə qarşıdakı təmasların qrafikinə toxunulub.
Rusiya Xarici İşlər Nazirliyi həmçinin qeyd edib ki, martın 1-də Antalya Diplomatik Forumu çərçivəsində aparılan danışıqlar zamanı nazirlər Qara dəniz regionundakı, eləcə də Cənubi Qafqazdakı vəziyyəti və “3+3” regional platformasının fəaliyyətini müzakirə ediblər.