Baş nazir Nikol Paşinyan Portuqaliyanın baş naziri təyin olunması münasibətilə Luis Monteneqroya təbrik məktubu göndərib. Mesajda deyilir:
“Portuqaliya Respublikasının Baş naziri təyin olunmağınız münasibətilə Sizi Ermənistan Respublikası Hökuməti və şəxsən öz adımdan ürəkdən təbrik edir, bu məsuliyyətli missiyanızda uğurlar arzulayıram.
Ermənistan dost Portuqaliya ilə əlaqələrin davamlı inkişafına və dərinləşməsinə böyük əhəmiyyət verir.
Əminəm ki, birgə səylər nəticəsində iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, xüsusilə Ermənistan-Avropa İttifaqı tərəfdaşlığı çərçivəsində ölkələrimizin və xalqlarımızın rifahı naminə daha da genişlənəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı və uğurlar, dost Portuqaliya xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram”.