Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken Parisdə səfərdədir. Fransa səfərindən sonra ABŞ dövlət katibi Belçikada olacaq.
Dövlət Departamentinin bəyanatına görə, Blinken Parisdə Fransa prezidenti Emmanuel Makron ilə görüşəcək, onunla qlobal problemləri, o cümlədən Ukraynaya dəstək və Qəzzada davam edən münaqişəni müzakirə edəcək.
Brüsseldə o, NATO-nun baş katibi Yens Stoltenberq və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək.
Onun Ermənistanın baş naziri və Avropa Komissiyasının rəhbəri ilə üçtərəfli görüşü də planlaşdırılır.