Martın 29-da ER maliyyə naziri Vahe Hovhannisyan Sloveniya Respublikasında işgüzar səfərdə olub, iki ölkənin maliyyə nazirlikləri arasında “Ermənistan Respublikasının Maliyyə Nazirliyi ilə Sloveniya Respublikası Maliyyə Nazirliyi arasında texniki əməkdaşlıq haqqında” anlaşma memorandumu imzalanıb.
Görüş zamanı nazirlər iki ölkə arasında, xüsusilə büdcə, vergi, dövlət maliyyəsinin idarə edilməsi sahələrində müntəzəm ikitərəfli (idarələrarası) əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğuladılar. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində nazirin rəhbərlik etdiyi nümayəndə heyəti Lyublyanadakı Maliyyə İnkişafı Mərkəzində (CEF) də olub, ER Maliyyə Nazirliyinin əməkdaşlıq imkanları müzakirə edilib. Yol xəritəsinin hazırlanması və modernləşdirilməsi üçün məsləhətləşmələrin keçirilməsi ilə bağlı razılıqlar əldə olunub.