Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
Danışıq zamanı Türkiyə ilə İran arasındaki ikitərəfli münasibətlər, bölgədə baş verən son hadisələr, o cümlədən İsrail-Fələstin qarşıdurması və bölgədəki humanitar vəziyyət müzakirə edilib.
Prezident Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının İsrail ilə Fələstin arasında atəşkəsin ən qısa zamanda təmin edilməsi istiqamətində fəaliyyətini artırmasının vacibliyini vurğulayıb.