İran prezidenti İbrahim Rəisi ilə Türkiyə prezidenti Rəcəb Ərdoğan arasında telefon danışığı olub
Tərəflər iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin maksimum dərəcədə möhkəmləndirilməsi üçün əməli addımların atılmasının vacibliyinə toxunublar.
İki ölkə arasında əldə olunan razılaşmaların həyata keçirilməsinin zəruriliyinə toxunan Rəisi İranın enerji sahəsində əməkdaşlığı gücləndirməyə hazır olduğunu vurğulayıb. Tərəflər Qəzza zolağındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.