Aprelin 1-də ER Parlamentinin deputatı, “Qardman-Şirvan-Naxicevan” Ümumerməni Birliyinin prezidenti Vilen Gabrielyan ABŞ-ın Lemkin adına Soyqırımının Qarşısının Alınması İnstitutunun icraçı direktoru qəbul edib. Bu barədə “Qardman-Şirvan-Naxicevan” Ümumaməni Birliyinin prezidenti, ER Parlamentinin deputatı Vilen Qabrielyan öz “Facebook” səhifəsində yazıb.
“Azərbaycan hakimiyyətinin həyata keçirdiyi ermənilərə qarşı nifrət və soyqırımı siyasətini və onun nəticələrini, “Qardman-Şirvan-Naxicevan” Ümumaməni Birliyinin məqsəd və planlarını təqdim etdim, yüz minlərlə erməninin hüquqların müdafiəsinə beynəlxalq ictimaiyyətin dəstəyinin vacibliyini vurğuladım, həmçinin beynəlxalq soyqırımı araşdırma mexanizmlərinin mövcudluğunun əhəmiyyətini vurğuladım.
Xanım Eliza fon Yoden-Forcin öz növbəsində Ermənistanın fəal yanaşmasını yüksək qiymətləndirdi və soyqırımın qarşısının alınması gündəliyinin irəliləyişində parlament diplomatiyasının mühüm rolunu vurğuladı, İnstitutun Ermənistan və bütün maraqlı tərəflərlə yaxından işləməyə sadiqliyini və istəyini bir daha təsdiq etdi.
Görüşün sonunda biz Lemkin adına Soyqırımının Qarşısının Alınması İnstitutu ilə “Qardman-Şirvan-Naxicevan” Ümumaməni Birliyi arasında əməkdaşlıq haqqında razılıq əldə etdik”, - Vilen Qabrielyan yazıb.