Pasxa günü, eləcə də ilin hər günü Aİ-nin Ermənistandakı missiyasının müşahidəçiləri Azərbaycanla sərhəddə nəzarət edir.
Bu barədə Fransanın Ermənistandakı səfiri Olivie Dıkotin X mikrobloqunda yazıb.
"Bu patrul sabitliyə və beynəlxalq ictimaiyyətə qərəzsiz məlumatın verilməsinə töhfə verir", - səfir yazıb.
Daha əvvəl Aİ-nin müşahidə missiyası məlumat yayıb ki, Ermənistan-Azərbaycan sərhədində hər hansı qeyri-adi hərəkət qeydə aınlmayıb.