Azərbaycanda havanın çirkliliyi əvvəlki illərə baxanda artıb.
Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) məlumatında bildirilir.
DSK deyir ki, 2023-cü ildə ölkədə stasionar mənbələrdən və avtomobillərdən atmosferə atılmış çirkləndirici maddələrin həcmi 2022-ci illə müqayisədə 34,5 min ton artıb – 965,1 min ton olub.
Onun da 85 faizi və ya 820,8 min tonu avtomobillərdən atılan tullantıların payına düşüb.
DSK-nın məlumatında həmçinin, bildirilir ki, bütün mənbələrdən atmosferə atılmış zərərli tullantıların 61,5 faizini karbon oksidi, 21,3 faizini karbohidrogenlər, 13,4 faizini azot oksidi, 0,1 faizini kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr olub.