Aprelin 1-də ABŞ-ın bir qrup təlimatçısı ER-ABŞ-nin müdafiə sahəsində əməkdaşlığı çərçivəsində Ermənistan Respublikasına səfər edib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyinin inzibati kompleksində 1-5 aprel tarixlərində təlimatçılar Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşları və "Zinuj Media" qurumu ilə ictimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində təcrübə mübadiləsi təlimləri keçirəcəklər.
Proqramın başlanğıcında Ermənistan Respublikası müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan çıxış edib.