Baş nazir Nikol Paşinyan Yeni il münasibətilə Ermənistanın assuriyalılar icmasının nümayəndələrinə təbrik məktubu göndərib.
“Hörmətli Ermənistanın assuriyalılar icmasının nümayəndələri!
Sizi Yeni il münasibəti ilə ürəkdən təbrik edirəm.
Həb-Nisan sevgi, sevinc və məhsuldarlıq bayramıdır ki, bu da təbiətin yenidən doğulmasını simvollaşdırır.
Çox şadam ki, Ermənistandakı assuriyalılar öz milli simasını qoruyub saxlayır, ənənələrlə zənginləşdirir və ölkəmizə özünəməxsus rəngarənglik verirlər.
Bu parlaq bahar günündə evləriniz sevinc və hərarətlə dolğun olsun. Qoy ənənəvi yeməklərlə dadlı, milli mahnı və rəqslə müşayiət olunan bu gözəl bayram hamınızı bir araya gətirsin, yeni nailiyyətlərin, uğurların və firavan gələcəyin başlanğıcı olsun.
Ermənistanda yaşayan, eləcə də dünyaya səpələnmiş assuriyalılara rifah və xoşbəxtlik arzulayıram.
Hab Nisanınız mübarək”.