Ukrayna prezidenti Vladimir Zelenski “Washington Post” qəzetinə müsahibə verib və bildirib ki, Ukrayna qüvvələri çətin vəziyyətdədir və geri çəkilməli ola bilər.
Zelenskinin sözlərinə görə, ABŞ Kiyevə lazımi hərbi yardım göstərməsə, bu baş verəcək. “Konqres 60 milyard dollarlıq hərbi paketin təsdiqini gecikdirir, bu, Ukraynaya baha başa gəlir”, o əlavə edib.
Zelenski qeyd edib ki, Kiyevə hava hücumundan müdafiə sistemləri, “Patriot” raketləri, radioelektron döyüş aparatları və digər döyüş sursatları lazımdır.
Onun sözlərinə görə, Ukrayna tərəfi hələ də həll yollarını tapmağa çalışır. “Hərbçilərimizin ağıllı addımları sayəsində bəzi bölgələrdə vəziyyət sabitləşib”, - deyə Zelenski vurğulayıb və əks-hücumun başlamalı olduğuna əmin olduğunu bildirib, əks halda Rusiya bunu edəcək.
O, həmçinin bəyan edib ki, Birləşmiş Ştatlar Ukrayna qüvvələrinin Rusiyanın neft emalı zavodlarına və digər enerji obyektlərinə hücumundan narazıdır. “Biz öz istehsalımız olan dronlardan istifadə edirik. Vaşinqton bizi məhdudlaşdıra bilməz", - Zelenski qeyd edib.