Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Mayk Rocersi, komitənin yüksək vəzifəli üzvü Adam Smiti və onu müşayiət edən siyasətçiləri qəbul edib.
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər də nümayəndə heyətini qəbul edəcək və görüş zamanı kürd qüvvələrinə qarşı mübarizə, F-16 döyüş təyyarələrinin tədarükü və onların modernləşdirilməsi prosesi müzakirə olunacaq.