Türkiyə Böyük Millət Məclisinin Müdafiə Komitəsinin sədri Hulusi Akar ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Mayk Rocersin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mətbuatın yaydığı məlumata görə, görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması və Türkiyənin bunda rolu da müzakirə olunub.