Martın 29-da ER iqtisadiyyat naziri Gevorq Papoyan Çin Xalq Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Yonq Fanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ER İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2023-cü ildə Ermənistanın Çinlə ticarət dövriyyəsi mənşə ölkəsinə görə 2127,1 milyon ABŞ dolları təşkil edib, bu da keçən ilin eyni dövrünə ilə müqayisədə 21 faizdən çox artıb.
Görüş zamanı iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsi, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Papoyan Çin şirkətlərinə Ermənistanda həyata keçirilən müxtəlif iqtisadi layihələrdə iştirak imkanlarını nəzərdən keçirməyi təklif edib.
O, həmçinin ER hökumətinin “Sülh kəsişməsi” layihəsini səfirə təqdim edib.