Kiyevə potensial silah tədarükü ilə bağlı bütün məlumatlar Rusiyanın müvafiq departamentləri tərəfindən diqqətlə yoxlanılır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirdi.
“Bu, bizim üçün fundamental mövzudur. Biz ölkələri onların hərəkətlərinin Rusiya vətəndaşları üçün təhlükə olub-olmaması, mülki infrastruktura və ölkəmizin vətəndaşlarına zərər dəyib-dəyməməsinə görə dəyərləndiririk.
Biz Azərbaycanla təmasdayıq. Biz bütün məlumatları müşahidə edirik və yoxlayırıq”, – Zaxarova bildirib.