Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinq zamanı qondarma “Zangezur dəhlizi” ilə bağlı sualı cavablandırıb.
“Bilirsiniz, bizim mövqeyimiz məlum və ardıcıldır, biz tərəfləri bu mövzuda maksimum təmkinli olmağa və aqressiv ritorikadan çəkinməyə çağırırıq.
Bütün ərazi mübahisələri və qarşılıqlı iddialar müstəsna olaraq siyasi-diplomatik yolla həll olunmalıdır. Bu kimi məsələlər, o cümlədən anklavların qaytarılması və dəyişdirilməsi Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası komissiyaları çərçivəsində həll edilməlidir.
Biz öz tərəfimizdən Rusiyanın unikal kartoqrafik məlumatlarını və təcrübəsini nəzərə alaraq, bu işə maksimum dəstək verməyə hazırıq”, - Zaxarova vurğuladı..
Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılmasına toxunan Rusiya XİN rəsmisi qeyd edib ki, onlar “Zangezur dəhlizi” ifadəsini işlətmirlər.
“Qeyd etmək istəyirəm ki, biz “Zangezur dəhlizi” ifadəsini işlətmirik. Söz Azərbaycanın qərb rayonlarını Ermənistanın Syunik bölgəsi vasitəsi ilə Naxçıvanla birləşdirəcək marşrutdan gedir”.