Krasnoqorskda "Crocus City Hall" konsert zalında baş vermiş terror aktı qurbanlarının sayı 143 nəfərə çatıb. Bu məlumatı Rusiya Səhiyyə Nazirliyi təqdim edib.
Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib ki, altı uşaq olmaqla 80 şəxsin müalicəsi davam edir. Dörd xəstənin vəziyyəti son dərəcə ağırdır, üçü uşaq olmaqla daha 19 nəfərin vəziyyəti ağırdır.