Martın 26-da ER xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Qvineya Respublikasının Ermənistan Respublikasına yeni təyin olunmuş səfiri Niankoye Habayi (iqamətgahı: Moskva) etimadnaməsinin surətini təqdim etməsi münasibətilə qəbul edib.
ER XİN-dən verilən məlumata görə, nazir müavini Paruyr Hovhannisyan səfir Habanı mühüm missiyanı üzərinə götürməsi münasibətilə təbrik edərək, səfirin Ermənistan və Qvineya arasında əlaqələrin daha da möhkəmlənməsinə və dərinləşməsinə töhfə verəcəyinə inandığını bildirib.
Tərəflər ikitərəfli əməkdaşlıq üçün mühüm potensialın mövcudluğunu vurğulayaraq, investisiyaların cəlb edilməsi, ticarət, iqtisadi, təhsil və mədəni əlaqələrin qurulması üçün səy göstərməyə hazır olduqlarını bildiriblər.
Nazir müavini Paruyr Hovhannisyan da regional hadisələri və Ermənistan-Azərbaycan danışıqlar prosesini səfirə təqdim edib.