Fransanın Ermənistandakı səfiri Olivye Dıkotiny Dağlıq Qarabağ ermənilərinə öz vətənlərinə qayıtmaq hüququnu xatırladıb.
“Stepanakertə gedən yol bağlıdır. 9 aylıq mühasirə və Azərbaycanın vəhşicəsinə hücumundan sonra Dağlıq Qarabağın 100 min ermənisi evlərini tərk etmək məcburiyyətində qalıb. Onların Beynəlxalq Məhkəmə tərəfindən tanınan geri qayıtmaq hüququ bu gün pozulur”, - səfir yazıb.