Martın 20-də Ermənistanın İspaniyadakı səfiri Sos Avetisyan İspaniya Deputatlar Konqresinin prezidenti Fransina Armenqol Sosias ilə görüşüb. Bu barədə Ermənistanın İspaniyadakı səfirliyi məlumat yayıb.
Səfir Avetisyan həmsöhbətinə son regional hadisələri, Dağlıq Qarabağın yerli əhalisinin etnik təmizləməyə və kütləvi məcburi köçkünlüyə məruz qaldığını, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini, ER-nin əsas məsələlər üzrə mövqelərini, ER hökuməti tərəfindən hazırlanmış “Sülh kəsişməsi” layihəsini təqdim edib.
Görüşdə iki ölkə arasında parlament əlaqələrinin gücləndirilməsinin və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin vacibliyi də vurğulanıb.