ABŞ Cənubi Qafqazın bütün ölkələrinin davamlı demokratik inkişafını, suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Məhz bu məqsədlə ABŞ Ermənistanla geniş əlaqələrini genişləndirir.
Bu barədə “Amerikanın səsi”nin erməni xidmətinin sorğusuna cavab olaraq ABŞ Dövlət Departamenti məlumat yayıb. Bu, “RAND” korporasiyasının “ABŞ Azərbaycanın təhdidlərinə baxmayaraq, Ermənistanın təhlükəsizliyinə təminat verə bilməz, lakin kömək edə bilər” başlığı ilə təhlili ilə bağlı olub,
ABŞ Dövlət Departamenti qeyd edib ki, ABŞ Cənubi Qafqaz ölkələrinə sülh və sabitlik gətirən istənilən vicdanlı müdaxiləni alqışlayır. Dövlət Departamenti əlavə edib ki, onlar Rusiyanı “Cənubi Qafqazda və ya başqa yerlərdə etibarlı və ya vicdanlı müttəfiq və ya tərəfdaş” hesab etmirlər.