Qafqazdan kənar qüvvələr regiona sabitlik gətirməyəcək, ona görə də onların iştirakı məhdudlaşdırılmalıdır.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov rəsmi Moskva ilə Yerevan arasında münasibətlərdəki çətinlikləri şərh edərkən deyib.
“Ermənistan Rusiya Federasiyası üçün qardaş ölkədən də artıqdır, baxmayaraq ki, iki ölkə hazırda münasibətlərdə kifayət qədər çətin dövrünü yaşayır: Bu, qardaşlıqdan da artıqdır, çünki burada Ermənistanın özündən daha çox erməni yaşayır. Rusiya Federasiyasının vətəndaşları olan bu ermənilərin iqtisadi fəaliyyəti hələ də Ermənistanın ümumi büdcəsinin çox böyük faizini- ildə bir neçə milyard dollara qədər təşkil edir. Ümid edirik ki, əlaqələrimizin inkişafını davam etdirmək üçün Yerevanda siyasi iradə qalib gələcək və biz bu çətin dövrdən uğurla keçəcəyik”, - Kremlin sözçüsü qeyd edib.
O əlavə edib "Təəssüf ki, Qafqaz müxtəlif qeyri-regional qüvvələrin diqqətini cəlb edir. Biz əminik ki, bu qüvvələrin iştirakı çox məhdud olmalıdır, çünki o sabitlik və rifah gətirə bilmir".