ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn biznes və investisiya mühitinin yaxşılaşdırılması və Ermənistan-Amerika ticarət əlaqələrinin dərinləşdirilməsi perspektivlərini müzakirə etmək üçün Ermənistandakı Amerika Ticarət Palatasının (AmCham) idarə heyətinin üzvlərini qəbul edib.
Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.