Martın 25-də ER xarici işlər naziri Ararat Mirzoyan rəsmi səfər çərçivəsində Argentina Respublikası Senatının və Deputatlar Palatasının xarici əlaqələr komitələrinin sədrləri ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Hər iki tərəf Ermənistan-Argentina münasibətlərinin həmişə qarşılıqlı etimad və qarşılıqlı anlaşma şəraitində inkişaf etdiyini vurğulayıb. Nazir Mirzoyan əlavə edib ki, Ermənistan Argentinaya Cənubi Amerikada etibarlı tərəfdaş kimi baxır və Argentina ilə siyasi, iqtisadi, mədəni və digər istiqamətlərdə çoxsahəli əlaqələrin daha da inkişaf etdirilməsində və dərinləşməsində maraqlıdır.
Nazir Miirzoyan qeyd edib ki, Ermənistan təkcə Argentina ilə ikitərəfli siyasi dialoqu deyil, həm də Ermənistanla bağlı əsas məsələlərdə ölkənin konstruktiv mövqeyini yüksək qiymətləndirir. Bununla bağlı Ermənistan Respublikasının xarici işlər naziri vurğulamışdır ki, beynəlxalq aktorların beynəlxalq hüququn məlum prinsiplərinə dəstək verməsi ekstremist istəklərin qarşısını almaq və Cənubi Qafqazda sabitliyin təmin edilməsi üçün vacibdir.
Ararat Mirzoyan Argentina parlamentarilərinə Ermənistanın Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına yönəlmiş səylərini təqdim edib. ER XİN başçısı həmsöhbətlərə “Sülhün kəsişməsi” proqramını təqdim edib.