Ermənistan müstəqillik əldə edəndən bəri erməni xalqı həmişə Yunanıstanın dəstəyini hiss edib. Bunu ER baş naziri Nikol Paşinyan Kathimerini qəzetinə verdiyi müsahibəsində deyib.
Yunanıstan ilə müdafiə memorandumunun əhəmiyyətinə dair sualına cavab olaraq Paşinyan qeyd edib ki, Ermənistan müstəqillik əldə edəndən bəri erməni xalqı həmişə Yunanıstanın dəstəyini hiss edib.
“Fürsətdən istifadə edərək, bu çətin anlarda göstərdikləri dəstəyə görə yunan xalqına və Yunanıstan hökumətinə bir daha minnətdarlığımı bildirmək istəyirəm.
Müdafiə sahəsində əməkdaşlıq çoxillik ənənələrə malikdir və ötən ilin dekabrında iki hökumət arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb. Bu da təcrübə, bilik mübadiləsini, birgə layihələrin hazırlanmasını nəzərdə tutur. Erməni kursantlar Yunanıstanın təhsil müəssisələrində təhsil almaq imkanına malikdir. bunlar bu sahədə qarşılıqlı əlaqənin bir neçə epizodudur.
Müntəzəm olaraq hərbi təlimlər keçirilir. Müdafiə sektorunda mükəmməl əməkdaşlığa baxmayaraq, onu inkişaf etdirmək üçün böyük potensial var. Yaxın gələcəkdə bu istiqamətdə əməkdaşlığın genişlənəcəyinə ümid edirik.
Bir daha vurğulamaq isytəyirəm kii, Ermənistanın müdafiə sahəsində tərəfdaşları ilə əməkdaşlığı heç bir ölkəyə qarşı yönəlməyib. Ermənistanın müdafiə qabiliyyətinin inkişafı müstəqilliyimizi, suverenliyimizi, ərazi bütövlüyümüzü və sərhədlərimizin ayrılmazlığını qorumağa yönəlib”.