ER Parlamentini sədri Alen Simonyan Cenevrədə Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsində müxtəlif ölkələrin parlamentariləri ilə bir sıra görüşlər keçirib.
ER Parlamentinin məlumatına görə, görüşlər zamanı ER Parlamentinin sədri həmkarlarına Cənubi Qafqazdakı vəziyyəti təqdim edib, regionda sülhün bərqərar olmasının vacibliyini vurğulayıb və Ermənistan Respublikasının sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləyib.
Fələstin Milli Şurasının vitse-prezidenti Musa Hadid ilə ikitərəfli görüşdə Qəzza zolağında baş verən hadisələr müzakirə olunub.
Ermənistan parlamentinin sədri problemin həlli ilə bağlı Ermənistanın mövqeyini qısa şəkildə təqdim edib.
“Müxtəlif beynəlxalq platformalarda biz həmişə Fələstin məsələsinin iki dövlət prinsipi əsasında sülh yolu ilə həllini dəstəkləmişik”, - deyə Alen Simonyan bildirib.
Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsində keçirilən görüşlər konstruktiv və tərəfdaşlıq şəraitində keçib.