Gürcüstanın Baş naziri İrakli Kobaxidze Yerevana rəsmi səfərə gəlib. Zvartnots hava limanından Gürcüstanın Baş naziri Tsitsernakaberdə gedib və Erməni Soyqırımı qurbanlarının xatirəsini yad edən abidə kompleksinin önünə əklil qoyub.
Baş nazir Nikol Paşinyan artıq İrakli Kobaxidzeni qəbul edib, təkbətək söhbətdən sonra iki ölkənin baş nazirləri bəyanatlarla çıxış edəcəklər.
Qeyd edək ki, Gürcüstan nümayəndə heyətinin tərkibinə baş nazirin birinci müavini Levan Davitaşvili, xarici işlər naziri İliya Darçiaşvili, təhsil naziri Giorgi Amilaxvari və hökumət aparatının rəhbəri Levan Corcolyan da daxildir.
İrakli Kobaxidze prezident Vahagn Xaçaturyanla da görüşəcək.