ER Baş naziri Nikol Paşinyan Moskvada baş vermiş terror aktı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir:
“Hörmətli Vladimir Vladimiroiç,
Moskvada baş vermiş və günahsız insanların həyatına son qoyan terror aktı ilə bağlı faciəvi xəbəri dərin kədərlə aldım. Ermənistan mülki əhaliyə qarşı törədilən bu qeyri-insani cinayəti qətiyyətlə pisləyir.
Sizə dərin hüznlə başsağlığı verirəm. Biz Rusiya xalqı ilə birlikdə yas tutur, əvəzi olmayan itki verən həlak olmuş şəxslərin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.