NATO Moskva vilayətində törədilən terror aktını pisləyib, həlak olanların ailələrinə başsağlığı verib.
“Biz Moskvada konsert tamaşaçılarına edilən hücumu qəti şəkildə pisləyirik. Bu cür dəhşətli cinayətlərə heç nə haqq qazandıra bilməz. Ölənlərə və onların ailələrinə dərin hüznlə başsağlığı veririk”, - deyə NATO mətbuat xidmətinin rəhbəri Farah Daxlallah bildirib.