Fransa Xarici İşlər Nazirliyi Moskvada baş vermiş terror aktı ilə bağlı başsağlığı verib.
“Moskvadan bizə gələn görüntülər dəhşətlidir. Fikirlərimiz qurbanlar və yaralananlarla, eləcə də rus xalqı ilədir. Bu alçaq hərəkətlərin bütün halları aydınlaşdırılmalıdır”, - Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.