ABŞ dövlət katibi Entoni Blinken Rusiya Federasiyasının Moskva vilayətində dünən baş vermiş terror aktını pisləyib.
“Amerika Birləşmiş Ştatları Moskvada dünən baş vermiş ölümcül terror aktını qətiyyətlə pisləyir.
Qurbanların ailələrinə və yaxınlarına və bu dəhşətli cinayətdən zərər çəkmiş hər kəsə dərin hüznlə başsağlığı veririk.
Biz terrorizmi bütün təzahürləri ilə pisləyirik və bu dəhşətli hadisə nəticəsində həlak olanlara yas tutan Rusiya xalqı ilə həmrəy olduğumuzu bildiririk”.