Avropa Komissiyasının sədri Ursula fon Lyayen və Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrel başsağlığı verib və Moskva vilayətindəki “Crocus City Hall” ticarət mərkəzində törədilən terror aktını pisləyiblər.
“Terror yenidən müdafiəsiz insanları hədəf alıb. Beynəlxalq ictimaiyyət terrorizm kimi bəlaya qarşı mübarizədə möhkəm birliyi qoruyub saxlamalıdır”, - Borel yazıb.