Fransanın Baş naziri Qabriel Attal Fransadakı erməni təşkilatlarının koordinasiya şurasının təşkil etdiyi illik ənənəvi şam yeməyində iştirak edib.
Atal çıxışında Azərbaycanın Ermənistandan işğal etdiyi əraziləri tərk etməli olduğunu vurğulayıb. “Fransanın vəzifəsi Ermənistanın müstəqilliyini, demokratiyasını, ərazisini, bir sözlə, suverenliyini qorumaq və ərazi bütövlüyünü qorumaq üçün ona dəstək olmaqdır”, – baş nazir qeyd edib.
Onun sözlərinə görə, Rusiya Azərbaycanın Dağlıq Qarabağda güc tətbiq etməsini nəinki pisləmədi, hətta faktiki olaraq buna icazə verdi.
“Rusiya Ermənistanı sülhə can atdığına və öz suverenliyinə hörmət etdiyinə görə cəzalandırmaq istəyir. Rusiya Ermənistanı cəzasızlıqla mübarizə yolu seçdiyinə, Beynəlxalq Cinayət Məhkəməsinə qoşulduğuna və sadəcə olaraq demokratiya və qanunun aliliyini seçdiyinə görə cəzalandırmaq istəyir”, – Attal bildirib.