Martın 21-də ER xarici işlər naziri Ararat Mirzoyan və Uruqvayın xarici işlər naziri Omar Paqanininin iştirakı ilə ER-in Uruqvaydakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib.
Ermənistan bayrağını ER XİN rəhbəri qaldırıb, daha sonra Ermənistan və Uruqvayın dövlət himnləri səsləndirilib.
Tədbirdə bir sıra digər yüksək vəzifəli şəxslər, o cümlədən Uruqvayın müvəqqəti vitse-prezidenti, Baş Assambleya və Senatorlar Palatasının sədri vəzifəsini icra edən Qrasiela Biançi Poli, Uruqvay Nümayəndələr Palatasının prezidenti Ana Olivera, Montevideoda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai və siyasi xadimlər iştirak edib.