Macarıstanın baş naziri Viktor Orbanı ən çox narahat edən odur ki, iki-üç ay əvvəl ağlasığmaz olan şey bu gün adi hala çevrilir. "İndi absurd və qeyri-mümkün kimi görünən şey iki-üç ay ərzində reallığa çevriləcək", - Orban Kossuth radiosuna müsahibəsində deyib.
Xüsusilə, o xatırladıb ki, əvvəlcə Almaniya hakimiyyəti Kiyevə öldürücü silah göndərməyəcəklərini bəyan edib, indi isə Berlinin Ukraynaya Rusiya ərazisinə hücumlar üçün istifadə oluna bilən raket sistemləri göndərəcəyini deyirlər.
Müharibənin Araşdırması İnstitutu (ISW) iddia edir ki, Rusiya Federasiyası adi silahlardan istifadə etməklə NATO ilə genişmiqyaslı münaqişəyə hazırlaşır.
ISW-nin qənaətincə, Rusiya hazırda yaxın və ortamüddətli perspektivdə yeni diviziyaları ordu səviyyəli birləşmələrlə təchiz etmək üçün canlı qüvvəyə, hərbi infrastruktura və təlim imkanlarına malik deyil.