Ermənistan və İtaliya bir illik hərbi əməkdaşlıq proqramını rəsmiləşdirib. Bu barədə ER Müdafiə Nazirliyi məlumat verib.
Sənəd iki ölkənin müdafiə nazirliklərinin nümayəndələri arasında martın 19-20-də Romada keçirilən məsləhətləşmələrdə imzalanıb.
Görüşdə həmçinin Yerevan və Roma arasında müdafiə sektorunda qarşılıqlı əlaqələrin inkişafı müzakirə edilib.