Bizə dəfələrlə xəbərdarlıq edilib ki, nə qədər ki, dünyanın gözü başqa istiqamətdədir, Azərbaycan Dağlıq Qarabağa nəzarəti ələ keçirəcək, Rusiya da onun yanında olacaq. Böyük Britaniya parlamentinin İcmalar Palatasında “Dağlıq Qarabağdan olan erməni qaçqınlara beynəlxalq dəstək” mövzusunda müzakirə zamanı Leyboristlər Partiyasından Cesika Morden bildirib.
“Ona görə də biz indi bir neçə həftə əvvəl Yerevanda görüşdüyümüz şəxslərin eskalasiya riskinin həmişə mövcud olduğunu söyləyənlərin xəbərdarlıqlarına qulaq asmalıyıq. Mən 30 kəndin işğalından, sərhəddə baş verən hadisələrdən və Azərbaycanın Rusiyanın dəstəyi ilə hərbi güc tətbiq edərək, Ermənistanı “Qərbi Azərbaycan” adlandıraraq Zəngəzur nəqliyyat dəhlizinə məcbur edə biləcəyi narahatlıqlarından danışıram. Bu, kövrək atəşkəsdir" dedi Morden.
O, Dağlıq Qarabağdan olan qaçqınlar məsələsinə toxunaraq qeyd edib ki, hazırda Ermənistan əhalisinin hər 30-dan biri Dağlıq Qarabağdandır. Ermənistan hökuməti onların inteqrasiyası üçün hər şeyi etməyə çalışsa da, uzunmüddətli dəstək lazımdır.
Morden hökumətdən Londonun qaçqınların acınacaqlı vəziyyətinə və problemlərinə cavab vermək üçün nə edə biləcəyinə aydınlıq gətirməyi xahiş esib və onları Azərbaycan hökuməti ilə onların qayıtmaq hüququnu müzakirə etməyə çağırıb.