Aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş keçiriləcək və bu görüşdə Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın yolları müzakirə olunacaq.
Bu barədə “Armenpress”-ə müsahibəsində ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirdi.
“Bu il aprelin 5-də Brüsseldə prezident Von der Lyayen, baş nazir Paşinyan və dövlət katibi Blinken arasında birgə görüşün keçirilməsi planlaşdırılır və burada Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlıq yollarının müzakirəsi planlaşdırılır. Tədbir həm də Ermənistanın müqavimətini gücləndirmək məqsədi daşıyır”,- o qeyd edib.