Hələ 2023-cü ilin yanvarında biz Azərbaycanın tətbiq etdiyi taktikanı başa düşdük və xəbərdarlıq etdik ki, beynəlxalq ictimaiyyətin kifayət qədər reaksiyası olmasa, Dağlıq Qarabağda genişmiqyaslı etnik təmizləmə aparılacaq. Belə də oldu. Əliyev Dağlıq Qarabağ ermənilərini vətənini tərk etməyə məcbur etmək istəyirdi.
Bu barədə Böyük Britaniya parlamentinin İcmalar Palatasında “Dağlıq Qarabağdan olan erməni qaçqınlarına beynəlxalq dəstək” mövzusunda müzakirələr zamanı Şotlandiya Milli Partiyasının üzvü Kris Lou bildirib.
O, Böyük Britaniya hökumətindən Dağlıq Qarabağdan olan qaçqınların geri qayıtmaq hüququ ilə bağlı Azərbaycan hakimiyyəti ilə hansı müzakirələrin aparıldığını və Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əsasən Azərbaycanın məcburi köçkünlərin təhlükəsizliyinə hansı təminatları verə biləcəyinə aydınlıq gətirməsini xahiş edib.
Deputat Azərbaycan prezidentinin anti-erməni bəyanatlarını xatırladıb, qeyd edib ki, Azərbaycan Naxicevanda olduğu kimi Dağlıq Qarabağın mədəni irsini məhv etmək məqsədi qüdür.
"Böyük Britaniya hökumətinin də Britaniya bizneslərini Əliyevin Dağlıq Qarabağla bağlı planlarında iştirak etməyə təşviq etməsi utancvericidir", - deputat bildirib.
Lou qeyd edib ki, müvafiq reaksiyanın olmaması Ermənistana qarşı növbəti təcavüzə yaşıl işıq yandıracaq.