Baş nazir Nikol Paşinyan İsveçin baş naziri Ulf Krstersonla görüşüb.
Həmsöhbətlər Ermənistan-İsveç əməkdaşlığı ilə bağlı məsələləri müzakirə edib, iqtisadi əməkdaşlığın inkişafının vacibliyini vurğulayıblar. Ermənistan-Azərbaycan sülh prosesinə toxunulub.
Baş nazir müqavilə layihəsi ilə bağlı erməni tərəfinin prinsipial mövqeyini təqdim edib.
Nikol Paşinyan ER hökumətinin “Sülhün kəsişməsi” layihəsinə və onun prinsiplərinə də toxunaraq, Ermənistan tərəfinin suverenlik, yurisdiksiya, qarşılıqlılıq və bərabərlik prinsiplərinə əsaslanan regional kommunikasiyaları açmağa hazır olduğunu vurğulayıb.