Martın 21-22-də ER xarici işlər naziri Ararat Mirzoyan Şərqi Uruqvay Respublikasında rəsmi səfərdə olacaq. Bu barədə ER XİN məlumat yayıb.
Səfər çərçivəsində nazir Mirzoyanın Uruqvayın xarici işlər naziri Ömər Paqanini ilə görüşü olacaq. A. Mirzoyanın digər yüksək vəzifəli şəxslərlə görüşləri də nəzərdə tutulub.
Səfər zamanı ER-in Uruqvaydakı səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək.