Bu gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın həftəlik brifinqi keçirilib və o, Ermənistanda “Mir” kartlarının fəaliyyətinin dayandırılması ilə bağlı məlumatı şərh edib.
“Biz Ermənistan tərəfdən həmin mesajları və müvafiq izahatları görmüşük. Bu, əlavə dəqiqləşdirmə tələb edir, hazırda bununla bizim nazirlik, profil departamenti və bütövlükdə hökumət məşğul olur”, - deyə Zaxarova bildirib.