Birləşmiş Ştatlar çərşənbə axşamı regiondan narahatlıq doğuran bəyanatlardan sonra Ermənistan və Azərbaycan arasında sülh prosesinə diqqət yetirdiyini bildirib. Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib ki, “yalnız dövlət katibi Entoni Blinken deyil, həm də dövlət katibinin köməkçisi Cim O'Brayen, eləcə də Lui Bono da vəziyyəti diqqət mərkəzində saxlayır”.
O, Ermənistanın baş naziri Nikol Paşinyanın sərhədlərin tezliklə müəyyənləşdirilməsinə çağıran son açıqlamalarını belə şərh edib.