Martın 20-də keçirilən sessiyanın əvvəlində Parlament bir sıra layihələri birinci və ikinci oxunuşda qəbul edib.
Parlament Almaniya hökumətinin güzəştli şərtlərlə Ermənistana 12 milyon avro kredit ayırması layihəsini də ratifikasiya edib.
Parlamentin ratifikasiya etdiyi sazişlər arasında “Ermənistan Respublikası ilə Aİ arasında Aİ-nin Ermənistandakı missiyasının statusu haqqında” saziş də var. Buna əsasən, Avropa İttifaqının ER-dəki missiyası, o cümlədən onun tərkib hissələri, şöbələri, baş ofisləri, işçiləri ER-in gömrük və vergi məsələləri üzrə səlahiyyətli departamentləri tərəfindən diplomatik statuslu nümayəndəliklər hesab ediləcək.