Mariya Zaxarova Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı dinamikasını şərh edib.
“Üçtərəfli razılaşmaların fəal şəkildə icrası zamanı Azərbaycan və Ermənistan arasında danışıqlar prosesində müsbət dinamika müşahidə olunub.
Onun sözlərincə, Qərb bölgədəki vəziyyətə nüfuz etməyə başlayanda hər şey dəyişdi.
“Məhz qərblilər Qarabağla bağlı öz qətnamələrini yerli erməni əhalisinin hüquq və təhlükəsizliyini unudaraq Ermənistanın üzərinə qoymuşdular. Bunun nəyə gətirib çıxardığını hamımız yaxşı bilirik. Bu gün həmin Qərb sadəcə olaraq Yerevanı mübahisəli ərazi məsələlərində birtərəfli qərarlar qəbul etməyə məcbur edir. Biz görürük ki, Yerevanı sözün əsl mənasında müsbət tendensiyaları, o cümlədən Bakı və Moskva ilə münasibətləri məhv etməyə məcbur edirlər, baxmayaraq ki, bizim Yerevanla əlaqələrimiz olub və var və mən səmimi şəkildə əminəm ki, onlar müttəfiqlik yolu ilə inkişaf etməyə davam edəcəklər”, - deyə RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.