Hələlik Ermənistanla Azərbaycan arasında xəritələrlə bağlı heç bir razılıq yoxdur. Ermənistan və Azərbaycanın Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıması barədə razılaşma var və belə bir anlayış var ki, Ermənistanla Azərbaycan arasında delimitasiya prosesi baş verməlidir ki, bunun siyasi əsası Alma-Ata Bəyannaməsi olmalıdır. Bu barədə ER baş naziri Nikol Paşinyan Parlament-Hökumətin sual-cavab sessiyasında “Hayastan” fraksiyasının deputatı Qeğam Manukyanın delimitasiya üçün konkret sənədin, xəritənin olub-olmaması barədə sualına istinad edərək bildirib.
"Alma-Ata bəyannaməsi əsasında sərhədin delimitasiyasının aparılması nə deməkdir? Bu, Ermənistanla Azərbaycan arasında yeni sərhəd yaratmaq demək deyil, Sovet İttifaqının ən son de-yure sərhədlərinin yerdə yenidən ifadə edilməsi deməkdir. Yəni rəhbər olan məntiq budur”, - baş nazir bildirib.