Amerika Birləşmiş Ştatları Konqresinin üzvü Frenk Palon hesab edir ki, Ermənistanla Qərb arasında əməkdaşlığın genişləndirilməsi və Qafqazda sabitliyin təmin edilməsi istiqamətində işi davam etdirmək lazımdır.
Bu barədə ABŞ Konqresinin erməni məsələləri üzrə komitəsinin həmsədri Frenk Palon özünün X mikrobloqunda yazıb.
“Yens Stoltenberqin Yerevanda NATO ilə Ermənistan arasında tərəfdaşlığı təsdiqlədiyini və Ermənistanın ərazi bütövlüyünü tanıdığını görmək xoşdur. Biz bu münasibətləri gücləndirmək, Ermənistanla Qərb arasında əməkdaşlığı genişləndirmək, Qafqazda sabitliyi təmin etmək üçün çalışmaqda davam etməliyik”, – konqresmen yazıb.