Avropa Parlamentinin Ermənistan məsələləri üzrə məruzəçisi Andrey Kovaçevin təşəbbüsü ilə Ermənistan parlamentinin üzvləri və ER-in Belçikadakı səfiri Tigran Balayanın iştirakı ilə Avropa Parlamentində Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin probleminə həsr olunmuş konfrans keçirilib.
Bu konfrans Avropa Parlamenti tərəfindən erməni hərbi əsirlərlə bağlı müvafiq qətnamənin qəbulundan 3 il sonra yaranmış vəziyyəti müzakirə etmək üçün təşkil olunub.
“Bakıda erməni hərbi əsirlərə qarşı bütün məhkəmə işləri təkcə beynəlxalq hüquqa deyil, həm də Azərbaycanın konstitusiyasına ziddir. Əliyev üçün nəinki Dağlıq Qarabağı zəbt etdiyini, həm də hamını cəzalandırdığını göstərmək vacibdir”, - Sülh və Demokratiya İnstitutunun Miqrasiya şöbəsinin sədri Arif Yunus vurğulayıb.
“Bakı rejiminin saxladığı şəxslər məhbus deyil, əsirdirlər. Azərbaycan atəşkəslə bağlı imzaladığı üçtərəfli bəyanatı pozur. Həmin bəyanatda açıq-aşkar qeyd olunur ki, bütün hərbi əsirlər qarşılıqlı əsasda qaytarılmalıdır", - səfir Balayan deyib.
Andrey Kovaçev də vurğulayıb ki, hərbi əsirlər və məhbuslar heç bir ilkin şərt qoyulmadan dərhal azad edilməlidir.