Baş nazir Nikol Paşinyan Novruz bayramı münasibətilə İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisiyə təbrik məktubu göndərib.
“Sizə İranın Yeni ili, Novruz bayramı münasibətilə səmimi təbriklərimi göndərirəm. Qoy gələn il qonşu və dost İran xalqı üçün müstəsna uğurlar və sülh ili olsun. Məmnunluq hissi ilə bildirə bilərəm ki, qarşılıqlı hörmət və maraqların uyğunluğu şəraitində inkişaf edən Ermənistan-İran münasibətləri öz sabit kursunu davam etdirir”,- İslam İnqilabının Ali Rəhbərinə ünvanlanan təbrik məktubunda deyilir.
İran prezidentinə ünvanlanan təbrik məktubunda isə Novruz bayramı münaisbətilə təbrik edərək, Baş nazir yeni ilin qonşu və dost İran İslam Respublikası üçün sarsılmaz sülh və yeni nailiyyətlər ilin olmasını arzulayıb.
“Hökumətimiz və xalqımız qarşılıqlı hörmət və etimada əsaslanan Ermənistan-İran münasibətlərinə xüsusi önəm verir.
Əminəm ki, birgə səylər sayəsində biz ən qısa müddətdə ikitərəfli münasibətlərin zəngin gündəliyinə yeni təkan verəcək, bir çox cari və planlaşdırılan proqramlar həyata keçiriləcək.
Fürsətdən istifadə edərək, sizə yeni nailiyyətlər və uğurlar, dost iranlılarımıza sülh və rifah arzulayıram”.